Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerspace 1” üzərindən Rusiya kanallarının yayımına başlanılıb


Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki “Azerspace 1/Africasat 1A” üzərindən yayıma başlayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, milli peykin üzərindən açıq yayıma başlayan kanallar “A-One”, “Европа Плюс ТВ”, “Карусель +0”, “Life News”, “МИР-24”, “Москва. Доверие”, “Мульт +0”, “Пятница +0”, “РЕН +0”, “РУ-ТВ”, “СТС +0”, “ТВ3 (Россия) +0”, “Звезда +0” artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib.
 
Qeyd edək ki, “Azerspace 1/Africasat 1A” üzərindən yerli kanallarla yanaşı, Gürcüstan, Ukrayna televiziya kanallarının yayımı həyata keçirilir.
 
Aynur Vəliyeva
 




30/06/14    Çap et