Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən təhlükəsiz “Blackphone” smartfonunun tədarükünə başlanılıb


İsveçrənin "SGP Technologies" şirkəti son dərəcə təhlükəsiz "Blackphone" smartfonunun birinci modellərinin tədarükünə başlayıb. Şirkətdən bildirilib ki, "Blackphone" smartfonunun birinci partiyası, demək olar ki, satılıb. İyulun 14-dən sözügedən smartfonun növbəti satışlarına başlanılacaq.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 629 dollarlıq aparat İsveçrənin "SGP Technologies" şirkəti tərəfindən buraxılır. Cihaza "Android" əməliyyat sisteminin xüsusi versiyası quraşdırılıb. Aparat təhlükəsiz səsli və videozəng sistemi, mətn messenceri və fayl mübadiləsi, həmçinin məxfi rejimdə internet brauzer təklif edir.

Əvvəllər "PGP" proqram təminatını yaratmış və "Silent Circle" şirkətinin yaradıcısı və direktoru Filipp Simmerman deyir ki, "Blackphone" smartfonu tərəfdaşlar üzərindən Avropa, Şimali və Cənubi Amerikada satılacaq.

Simmerman deyib ki, smartfon nəzarət edəcək ki, mobil rabitə provayderləri və tətbiq tərtibatçıları istifadəçi haqda həddən-ziyadə məlumat toplamasın.

Emil Hüseynov




01/07/14    Çap et