Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AzTU-da elektron universitetə dair bütün strukturlar yaradılıb


Azərbaycan Texniki Universitetində (AzTU) ən son İKT yenilikləri tətbiq edilib, E-Universitetə aid bütün strukturlar yaradılıb, avtomatlaşdırılmış, kağızsız sənəd dövriyyəsinə keçid üçün proqram təminatı hazırlanıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri AzTU-da “Elektron Təhsil Sisteminin Yaradılması” layihəsinin açılış mərasimində universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı deyib.
 
O,həmçinin əlavə edib ki, AzTU-da Distant Təhsil sisteminin ilk kontentləri tətbiq edilib, universitetin rəsmi portalı yenidən qurulub.
 
CAHANGİR




01/07/14    Çap et