Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yunanıstanda internet bankçılıq haqqında məlumatların toplanılması üçün yeni virus aşkarlanıb


Yunanıstan polisinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi internet bankçılıqdan istifadə edən vətəndaşların bank hesablarına qanunsuz müdaxilə məqsədilə məlumatların toplanılması üçün nəzərdə tutulan yeni zərərli proqramın yaranmasını bəyan edib.

"EMOTET" adlanan yeni zərərli proqram elektron poçtla göndərilən məktublar vasitəsilə sürətlə yayılır. Proqram internet bankçılıq (istifadəçinin login və parolu), məlumatların ötürülməsi (şəbəkə trafiki ilə) haqqında informasiya toplayır, məxfi məlumatları oğurlayır", - idarənin məlumatında deyilir.
Elektron məktubların köməyi ilə yayılan virus istifadəçiyə bank köçürülməsi barədə bildiriş göndərir və əməliyyatı dəqiqləşdirmək üçün sayta link üzrə keçid etməyi təklif edir. Keçid həyata keçirilən zaman "EMOTET"-in quraşdırılması prosesi başlayır.

"Zərərli proqram "HTPPS" məlumatların təhlükəsiz ötürülməsi protokolundan yan keçir və bu, internet bankçılığa (e-banking) giriş üçün istifadə olunan məlumatların ələ keçirilməsinə böyük risk yaradır, halbuki istifadəçilər onların onlayn bank əməliyyatlarının təhlükəsiz olduğunu hesab edirlər.

Bütün hallarda istifadəçiyə əməliyyatları həyata keçirməzdən əvvəl bankda elektron poçtun həqiqiliyini təsdiq etmək tövsiyə olunur. Ehtiyatsızlıqdanlinkə keçən istifadəçilərə əməliyyat sistemini yenidən quraşdırmaq təklif edilir", - idarə nümayəndələri qeyd edib, - "3DNewswww.3dnews.ru" yazır.




01/07/14    Çap et