Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Outlook” poçt xidmətinin təhlükəsizliyini gücləndirir


"Microsoft" şirkəti informasiyanın hakimiyyət və üçüncü şəxslər tərəfindən ələ keçirilməsinə mane olmaq üçün "Outlook" poçt xidmətindən istifadə zamanı məlumatların ötürülməsi üzrə təhlükəsizlik tədbirlərini gücləndirir. Bu haqda "France-Presse" agentliyi məlumat yayıb.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, həmçinin "OneDrive" "bulud" xidmətində təhlükəsizlik işləri aparılıb.

Xatırladaq ki,  ABŞ-ın internet şirkətləri hazırda öz istifadəçilərinin məxfiliyi üzərində işləyirlər. Edvard Snoudenin açıqlamalarından sonra bu məsələ çox aktualdır.

Emil Hüseynov




02/07/14    Çap et