Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq Telekommunikasiya İttifaqı mobil maliyyə xidməti standartlarını hazırlayacaq


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) mobil maliyyə xidmətlərinin beynəlxalq standartlaşdırma planını hazırlayacaq xüsusi işçi qrupu yaradıb. Qrup elektron maliyyə xidməti texnologiyalarının əsas inkişaf tendensiyalarını və prosesin müxtəlif iştirakçılarının rollarının dəyişməsini öyrənəcək.   
 
BTİ baş katibi Hamadun Turenin bəyanatında qeyd olunur ki, dünyada 2,5 milyard insan adi bank hesabına malik deyil. İnkişaf etməkdə olan ölkələrdə məhz mobil maliyyə həlləri informasiya-kommunikasiya texnologiyalarının maliyyə xidmətlərində əhəmiyyətini nümayiş etdirib. Afrikada mobil rabitə operatorları mobil maliyyə xidmətləri bazarı uğrunda fəal mübarizə apararaq səsli rabitə xidmətləri sahəsində gəlirlərin azalmasından hasil olunan itkiləri kompensasiya etməyə çalışırlar. Həmçinin banklar rəqabətdən ehtiyatlanaraq hətta hesabın açılmasını tələb etmədən mobil xidmətlər göstərməyə başlayırlar.  
 
BTİ nümayəndələri güman edirlər ki, standartlaşdırma mobil maliyyə əlavələrinin hazırlanmasının və dəstəklənməsinin maya dəyərini kəskin şəkildə azaldacaq ki, bu da ilk növbədə qiymətləri aşağı salmaqla aztəminatlı vətəndaşlara və ucqar region sakinlərinə onlardan istifadəyə imkan yaradacaq, - "Computerworld www.osp.ru” yazır.
 




02/07/14    Çap et