Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya kinoteatrlarında “Google Glass” eynəkləri qadağan olunub


Böyük Britaniyada “Google Glass” kompüterləşdirilmiş eynəyinin satışa çıxarılmasından bir həftə sonra “Cinema Exhibitors' Association” kinoprokat assosiasiyasının nümayəndələri deyib ki, tamaşaçılar filmin nümayişinin başlanmasından asılı olmayaraq, zala daxil olduqda smart eynəyi çıxartmalı olacaqlar.
 
 “Vue” kinoteatrlar şəbəkəsinin nümayəndələri deyiblər ki, zalda işığın söndürülməsindən dərhal sonra eynəyi çıxartmaq tələb olunur. Qadağa piratçılıqla mübarizə ilə izah olunur.  “Google Glass” istifadəçisinin film yazmağı ağlasığmazdır, çünki batareyanın şarjı yalnız 45 dəqiqəlik video çəkilişi üçün kifayətdir.
 
“ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, Böyük Britaniya sakinləri üçün “Google Glass” eynəyinin qiyməti 1000 funt-sterlinq təşkil edir. ABŞ-da bu eynəklərin qiyməti 1500 dollardır.

Emil Hüseynov




03/07/14    Çap et