Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un əməkdaşları arasında ağdərililər və kişilər üstünlük təşkil edir


“Yahoo!” və “Google” şirkətləri kimi “Facebook” da öz heyətinin milli və gender tərkibi haqqında məlumatı paylaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, məlum olub ki, “Facebook”un ştatının 66%-dən çox hissəsini kişilər təşkil edir, həm də İT əməkdaşları arasında kişilərin nisbəti 85%-ə çatır və şirkətin yüksək rəhbərliyi arasında bu nisbət 77% təşkil edir.
 
Həmçinin bildirilib ki, ABŞ-da dünyanın ən böyük sosial şəbəkəsinin əməkdaşlarının 57%-ni ağ irqin nümayəndəsi, 34%-ni Asiyadan gəlmələr, 3%-ni latın amerikalılar və 2%-ni qaradərililər təşkil edir. Mühəndis-texniki heyət arasında ağ dərililərin nisbəti 53%, amma asiyalılarda isə bu göstərici 41%-dir.
 
“Facebook”, “Yahoo!” və “Google” şirkətlərində heyətin tərkibi çox oxşardır: hər üç şirkətdə kişilər, amma etnik mənsubiyyət nöqteyi-nəzərindən ağ irqin nümayəndələri, Asiya irqləri üstünlük təşkil edir.
Şirkətlər əvvəllər bu məlumatı açıqlamırdılar, amma ictimai xadimlər tərəfindən tənqidə cavab olaraq dərc ediblər.
 
Emil Hüseynov




04/07/14    Çap et