Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qualcomm” “Wigig” yüksəksürətli simsiz standart istehsalçısını satın alıb


“Qualcomm” şirkəti “WiGig” texnologiyasının hazırlanması üzrə ixtisaslaşmış İsrailin “Wilocity” firmasını satın alıb. “WiGig” lisenziyalaşdırılmamış 60 QHs tezlik dalğasında işləyən multiqiqabit simsiz rabitə texnologiyasıdır.
 
“ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, bu saziş cari standartlardan fərqli olaraq daha yaxın məsafədə rabitəni təmin edən “IEEE 802.11ad” standartının inkişafını xeyli sürətləndirməlidir.
 
“WiGig” dəstəkli birinci qurğular artıq 2015-ci ildə çıxarılmalıdır. Sözügedən həlli dəstəkləyən birinci qurğu “Qualcomm Snapdragon 810” mobil çipi olmalıdır. Bildirilib ki, bu həll “WiGig” texnologiyasını dəstəkləyən birinci mobil platforma olacaq, nəticədə 4K formatlı videonun yayımını həyata keçirmək mümkün olacaq.
 
Analitiklərin ilkin proqnozuna görə, 2018-ci ilədək bütün dünyada “WiGig” texnologiyasının köməyi ilə məlumatların yüksəksürətli simsiz ötürülməsini dəstəkləyən 125 milyon mobil fərdi kompüter və 36 milyon smartfon buraxılacaq.
 
Emil Hüseynov




04/07/14    Çap et