Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “YouTube” populyarlığına görə televiziyanı ötüb


“Adroit Digital” agentliyinin tədqiqatına istinadən “Social Barrel” nəşri yazır ki, “YouTube” video xidməti ABŞ-da populyarlığına görə televiziyanı ötüb.

 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “Adroit Digital” agentliyinin mütəxəssisləri televizor, smartfon və kompüterə malik və 18 yaşdan yuxarı 2 min amerikalı arasında sorğu keçiriblər.
 
Rəyi soruşulanların 68%-i bildirib ki, “YouTube” portalında videokontent, 51% televiziya, 49%-i isə “Netflix”ı izləməyə üstünlük verir. Bu halda respondentlərin 63%-i yalnız internetdə video izləmək niyyətindədir.
 
Emil Hüseynov
 




07/07/14    Çap et