Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın aparıcı tərtibatçısı şirkəti tərk edir


“Apple iOS” əməliyyat sistemi və “Apple”ın kartoqrafiya xidmətinin aparıcı tərtibatçısı Kris Blamenberq korporasiyanı tərk edərək “Uber” şirkətinə keçir. Bu haqda öz mənbələrinə istinadən ABŞ-ın “Information” texnologiya bloqu məlumat verib.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Apple” və “Uber” nümayəndələri bu xəbərə rəsmi münasibət bildirməyiblər.
 
Blamenberq 2000-ci ildə “Apple” şirkətində işləməyə başlayıb. O, “Apple iOS” əməliyyat sisteminin hazırlanmasına rəhbərlik edib və “Apple Maps” kartoqrafiya xidmətinin hazırlanmasında iştirak edib.
 
“Uber” bahalı taksi sifarişi üzrə xidmətdir. Xidmət 2009-cu ildən işləyir.
 
Emil Hüseynov




09/07/14    Çap et