Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan şəhərində EV-DO texnologiyası əsasında genişzolaqlı simsiz internet xidmətinin tətbiqinə başlanılıb


Naxçıvan Muxtar Respublikasında bütün yaşayış məntəqələrinin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə cari ilin ilk altı ayında Naxçıvan şəhərində EV-DO texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti təşkil edilib.
 
Bu məlumat muxtar respublikanın cari ilin 6 ayını əhatə edən sosial iqtisadi inkişafına dair hesabatda yer alıb.
 
Hesabatda həmçinin qeyd olunur ki, Babək rayonunun Zeynəddin, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Əlincə, Əbrəqunus, Milax və Ləkətağ, Şahbuz rayonunun Kolanı kəndlərində DSLAM avadanlığı qurulub. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 92 faizində genişzolaqlı internet xidməti təşkil edilib.
 
Bundan əlavə, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilir.
 
 
CAHANGİR
 




14/07/14    Çap et