Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şotlandiya özünə məxsus “*.scot” domenini istifadəyə verməyə hazırlaşır


Şotlandiya öz diasporasının nümayəndələrinin, bütün dünyada saytlarının və elektron poçtlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuş, özünə məxsus “*.scot” domenini istifadəyə verməyə hazırlaşır.          
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, qlobal şəbəkədə 50 min “*.scot” domeninin təzahür etməsi gözlənilir.

Qeyd edək ki, Birləşmiş Krallıqda və Böyük Britaniyada “*.scot” domen zonasına münasibət heç də birmənalı deyil. Birincisi, bu domen Şotlandiyanın dövlət müstəqilliyi istiqamətində atdığı addımdır, ikincisi, müstəqilliklə bağlı referendumdan tam iki ay əvvəl istifadəyə verilir, üçüncüsü isə odur ki, “*.scot” domen zonasında işə salınacaq ilk saytlar  “Yes Scotland” və “Better Together” layihələri olacaq, hansı ki, Şotlandiyanın müstəqilliyinin təbliğatıdır.

Texniki nöqteyi-nəzərdən “*.scot” domen zonası “ICANN New GTLD.” layihəsi çərçivəsində qeydiyyatdan keçən domenlərin qaydalarına əsasən qeydə alınır. Bir müddət öncə eyni kampaniya çərçivəsində “*.wales”, “*.london”, “*.berlin”, “*.moscow” və digər domenlər qeydiyyatdan keçirilib. Domen zonasının texniki registri “Dot Scot Registry” təşkilatı olacaq, hansı ki, artıq domen zonasının işinin təminatını və qeydiyyat qaydalarına riayət olunmasını boynuna götürüb.

Digər domen zonaları kimi Şotlandiyanın domen zonası da növbəti 60 gün ərzində yerli hüquq sahibləri üçün açıq olacaq, halbuki sentyabrın 23-dən hamı üçün açıq olacaq.
 
Aynur Vəliyeva
 




16/07/14    Çap et