Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” kontakt linzalar yaradılır


“Novartis” əczaçı şirkətinin oftalmoloji bölməsi olan “Alcon” şirkəti ilə “Google” arasında “ağıllı” kontakt linzaların istehsalı və satılması sahəsində əməkdaşlıq haqda saziş imzalanıb.

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, antiinhisar orqanların müsbət rəyini gözləyən müqavilənin maliyyə tərəfi açıqlanmır.

Texnologiyalar qeyri-invaziv datçik, mikrosxemlər və digər mikro-elektron aparatura ilə təchiz edilmiş kontakt linzalar təklif edirlər.

“Novartis”in təklif etdiyi “ağıllı” linzalar diabetli insanlar tərəfindən istifadə ediləcək və daimi olaraq göz yaşında qlükozanın səviyyəsini ölçəcəklər və bu məlumatları simsiz şəbəkə üzərindən mobil qurğulara göndərəcəklər.
 
Bundan başqa, əczaçı şirkət hesab edir ki, bu texnologiya, ahıl uzaqgörənliyindən əziyyət çəkən insanlara kömək edə bilər – “ağıllı” linzalar gözlərə dəyişən şəraitdə yaxında yerləşən müxtəlif obyektlərdə diqqəti cəmləşdirməyə kömək edə bilər.
 
Aynur Vəliyeva




16/07/14    Çap et