Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkətinin valyuta konverterinə “Bitcoin” məzənnəsi əlavə edilib


“Google” şirkətinin axtarış sisteminə əlavə edilmiş valyuta konverterinə  “Bitcoin” kriptovalyutasını hesablamağa imkan verən məzənnə əlavə edilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Bitcoin”in cari məzənnəsini öyrənmək üçün axtarış sisteminə “1 BTC in USD” və ya “one dollar in Bitcoin” cümləsini daxil etmək kifayət edir ki, axtarış sistemi “Coinbase” elektron pul cüzdanı servisinin məlumatlarına əsaslanan nəticələri göstərsin. Konverter məzənnələrin tarixi məlumatlarını yadda saxlayır.
 
 Öncə “Bitcoin” valyutası “Yandex” və “Bing” sistemlərinin konverterlərinə əlavə edilib.
 
Aynur Vəliyeva




17/07/14    Çap et