Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK IX və XI siniflər üzrə elektron imza ilə imzalanmış yekun qiymətləri Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib.
 
 
Komissiyadan qeyd edilib ki, eyni zamanda şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini "Şagird-məzun" sistemindən elektron imza ilə təsdiq edilmiş siyahı şəklində əldə edərək çap edə bilərlər.
 
 
Qeyd edək ki, e-imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. E-imzanın əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması, informasiyanın təsdiq edilməsi və  üçüncü tərəfə bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.
 
E-imza kartından bütün vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilər.
 
 
 
Həqiqət İSABALAYEVA




17/07/14    Çap et