Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” üçün “Google Analytics”in rəsmi əlavəsi təqdim edilib


Saytlara daxilolmalar üzrə statistik hesabatlara baxmaq üçün nəzərdə tutulmuş "Google Analytics" rəsmi əlavəsi "Android" üçün buraxılıb və artıq "AppStore"da pulsuz yükləmə üçün təqdim edilib.
 
"ICTnews" xəbər xidmətinin "https://itunes.apple.com" saytına istinadən verdiyi məlumata görə, "iPhone" üçün "Google Analytics" real vaxt rejimində istifadəçilərin sayı ilə bağlı sürətli hesabatlara baxmaq imkanı ilə yanaşı, istifadəçilərin davranışları və s. genişləndirilmiş məlumatlarla tanış olmağa kömək edir.
 
Əlavə "iOS" üçün ənənəvi "Google" interfeysində düzəldilib. Autentifikasiya və akkaunta giriş şirkətin "Gmail", "Google+" kimi digər mobil əlavələrində olduğu kimi həyata keçirilir. "iOS" üçün "Analytics"in cari mobil versiyası "iPad" planşetlərinin ölçülərinə uyğun optimallaşdırılmayıb, lakin bu, təbii ki, vaxt ilə həll olunacaq. "Google Analytics for iPhone" əlavəsini "https://itunes.apple.com/gb/app/id881599038?mt=8" ünvanından yükləmək olar.
 
Aynur Vəliyeva
 




18/07/14    Çap et