Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Windows Phone” ilə işləyən ən ucuz smartfonunu nümayiş etdirib


Bu gün ABŞ-ın "Microsoft" şirkəti "Windows Phone" əməliyyat sistemi ilə işləyən ən ucuz aparatını – "Lumia 530" modelini nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, qurğu 854×480 təsvir ölçülü 4 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 200" prosessoru, 512 MB əməli yaddaşı və 4 QB daxili yaddaş, "microSD" slotu və 5 meqapiksellik kamera ilə təchiz edilib. Aparata "Windows Phone 8.1" əməliyyat sistemi quraşdırılıb.
 
Cihazın ölçüləri 120×62×11,7 mm, çəkisi isə 130 qram təşkil edir. Smartfonun avtonom iş vaxtı danışıq rejimində 10 saat və ya gözləmə rejimində 22 günədək təşkil edir. "Lumia 530" smartfonu ağ, qara, yaşıl və narıncı rəngli korpuslarda satışa çıxarılacaq.
 
Emil Hüseynov




23/07/14    Çap et