Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkənin auditoriyası sürətlə 1,32 milyard istifadəçiyədək artıb artır


Dünyada 1,32 milyard insan hər ay ən azı bir dəfə “Facebook” sosial şəbəkəsindən istifadə edir. Son üç ayda sosial şəbəkənin auditoriyası 40 milyon istifadəçi artıb. Bu barədə “Facebook”un rəsmi məlumatında deyilir.

Lakin qeyd etmək lazımdır ki, auditoriyanın artım tempi bir neçə rübdür eyni səviyyədə qalır. Ötən rübdə “Facebook”a 50 milyon, buna qədər isə daha 40 milyon yeni istifadəçi əlavə olunub.

Sosial şəbəkənin mobil xidmətlərindən hər ay 1,07 milyard insan yararlanır. Bu, bir il əvvəlin göstəricisindən üçdə bir dəfə çoxdur. Aylıq aktiv mobil auditoriya sayına görə tədricən servisin ümumi istifadəçilərinin sayına yaxınlaşır.

“Facebook” şirkətinin gündəlik mobil əlavə istifadəçilərinin sayı iyunda 654 milyon təşkil edib. Bu, aktiv mobil auditoriyanın il ərzində 41 faiz artması deməkdir. Sosial şəbəkənin gündəlik aktiv auditoriyası ümumilikdə 19 faiz artaraq 829 milyon istifadəçiyə çatıb.

Mobil auditoriyanın aktiv artımı şirkətə fayda gətirir. Mobil texnologiyaların inkişafını şirkət rəhbəri Mark Zukerberq hazırda sosial şəbəkənin əsas prioriteti adlandırır. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, “WhatsApp” və “Instagram” servislərinə sahibdir, habelə "Paper” və “Messenger” əlavələrini inkişaf etdirir.


Bundan başqa, mobil istiqamət sosial şəbəkənin biznes göstəriciləri üçün əhəmiyyət daşıyır. Cari ilin ikinci rübündə reklam mədaxilinin 62 faizi və ya 1,66 milyard dolları mobil reklamın payına düşüb. “eMarketer” analitik şirkətinin proqnozuna görə, “Facebook”un qlobal mobil reklam bazarında payı cari ilin yekunları üzrə 5,82 faizdən 7,79 faizədək artacaq, - “Lenta www.lenta.ru” yazır.
 
 




24/07/14    Çap et