Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq: istifadəçilər “Facebook”da gündəlik 40 dəqiqə vaxt keçirirlər


“Facebook”un təsisçisi Mark Zukerberq deyib ki, ABŞ istifadəçiləri sözügedən sosial şəbəkədə orta hesabla gündəlik 40 dəqiqə vaxt keçirirlər. “Forbes” nəşri yazır ki, iş adamı növbəti rüblük kvartalda telekonfrans zamanı bu açıqlamanı edib.
 
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Zukerberq əlavə olaraq deyib ki, ABŞ sakinləri bütün növ ekran qarşısında  gündəlik təxminən 9 saat vaxt keçiriblər.
 
“Facebook”un yaradıcısı hesab edir ki, bu maraqlıdır, çünki bu statistika inkişafdan xəbər verib. Zukerberqin sözlərinə görə, “Facebook”un “Graph Search” adlı axtarış xidməti sosial şəbəkənin inkişafına imkan yaradacaq. Bundan başqa, istifadəçilər messencerlərdə mesajlaşmaya xeyli vaxt sərf edirlər, - Zukerberq deyib.
 
 
Emil Hüseynov
 





24/07/14    Çap et