Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mədəniyyət” TV bütün respublikanı əhatə edəcək


Bu ilin fevralında fəaliyyətə başlayan yeni “Mədəniyyət” TV kanalının yayımı üçün vericilərin quraşdırılması davam etdirilir. “Teleradio” İB-dən verilən məlumata görə, qısa bir müddətdə həyata keçirilən işlər nəticəsində Bakının ardınca Gəncədə, Ağsuda, Şəkidə, Zaqatalada, Ağstafada, Qubada yeni vericilər quraşdırılıb ki, bunlar da adıçəkilən rayonlarda və qonşu ərazilərdə proqramın keyfiyyətli yayımını təmin edir.
Qeyd edək ki, respublika ərazisində fəaliyyət göstərən rəqəmli vericilərin yayımladığı paketlərə (Bakı Teleqüllə, Şirvan RTYS, Gəncə RTYS, Lerik RTYS) “Mədəniyyət” TV kanalının əlavə edilməsi nəticəsində həmin kanalın proqramlarının rəqəmli yayımı da təmin olunub.




06/06/11    Çap et