Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan dilində kompüterlərdəki boşluqların qiymətləndirilməsi üçün platforma yaradılıb


Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) Yaponiyanın informasiya texnologiyaları mütəxəssisləri ilə birlikdə yeni kompüterlərdəki boşluqların qiymətləndirilməsi üçün platformanın (Metriks) azərbaycandilli versiyasını hazırlayıblar.

Sözügedən platforma kompüterlərdəki boşluqların təhlükəsizlik səviyyəsini müəyyənləşdirməyə və eləcə də onları müqayisəli olaraq qiymətləndirməyə və risk faktorunu müəyyənləşdirməyə kömək etmək üçün hesablanıb.
 
Hazırda İKT mütəxəssisləri müxtəlif proqram və aparat platformalarındakı boşluqları aşkar etməyə və onları emala yönləndirməyə çalışırlar. Çünki boşluqların müəyyənləşdirilməsi və emalı gələcəkdə onların hansılarının daha təhlükəli olduqlarını üzə çıxartmaq baxımından çox əhəmiyyətlidir. Belə ki, kompüter istifadəçiləri onları gözləyən təhlükələri əvvəlcədən xəbərdarlıq edəndə qabaqlayıcı tədbirlər görməyə başlayırlar.
 
 
Bu gün bütün dünya üzə istehsal edilən kompüter texnologiyalarında aradan qaldırılmalı olan boşluqların sayı çoxdur deyə, onlar müxtəlif şkalalar üzrə çeşidlənir. Məhz bu səbəbdəndir ki, boşluqları ümumi analiz üçün bir araya cəmləmək qeyri-mümkündür. Hazırda sözügedən boşluqlar CVSS açıq sistemi vasitəsi ilə aradan götürməyə çalışılır. Sistem bir sıra üstünlüklərə malikdir. Belə ki, onun köməkliyi ilə boşluqların standartlaşdırılmış qiymətləndirilməsi aparıla bilər. Şirkətlər boşluqların qiymətləndirilməsinin normalara salınmasından sonra onların idarə edilməsində vahid siyasətdən istifadə etmək mümkünləşir. Sözügedən siyasət isə üzə çıxan problemin tez və konkret şəkildə həll olunmasını özündə ehtiva edir.
 
 
CVSS-dən istifadə hər kəsə boşluqların fərdi xüsusiyyətlərini görməyə imkan verir. Sistemin köməkliyi ilə alınmış qiymətləndirilmədən real riski öyrənmək olar. Qeyd edək ki, Azərbaycan dilində yaradılan platforma artıq istifadəçilərin istifadəsinə təqdim olunub.
 
 
 
Seymur




25/07/14    Çap et