Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq daha da varlanıb


“Mashable” nəşri yazır ki, Mark Zukerberq “Google” şirkətinin həmtəsisçilərindən (Serqey Brin və Larri Peyc) daha zəngin olub. 2014-cü ilin ikinci rübü üzrə “Facebook”un hesabatının dərcindən sonra səhmlərin qiymətinin artması sosial şəbəkənin direktoru “Bloomberg”in milyarderlər reytinqində 16-cı yerdə qərarlaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, 30 yaşlı Zukerberqin varidatı 33,3 milyard dollar dəyərində qiymətləndirilib. Larri Peyc və Serqey Brin müvafiq olaraq 17 və 18-ci yerlərdə qərarlaşıblar. Birinci 33,2 milyard, ikinci isə 32,9 milyard dollar dəyərində varidata sahibdir. Reytinqin 12-ci pilləsində “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos yer alıb.
 
Emil Hüseynov
 




26/07/14    Çap et