Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Oracle Applications Day” keçiriləcək


Bakıda avqustun 5-də “Oracle” şirkətinin təşkilatçılığı ilə “Oracle Applications Day” çərçivəsində konfrans keçiriləcək.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir çərçivəsində iştirakçılara bizneslərinin gələcəyini yenidən düşünmək və bu dəfə mobil, sosial və analitik servisləri önə çəkmək təklif ediləcək.
 
Yeni müasir texnologiyalar və onların marketinqdə, satışlarda və digər biznes- proseslərdə səmərəli istifadəsi, onların insan və maliyyə resurslarına təsiri konfransın əsas mövzusu olacaq.
 
Aynur Vəliyeva




01/08/14    Çap et