Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyanın təhsil müəssisələrində kibercasuslar hazırlanacaq


BBC-nin yaydığı məlumata əsasən, Böyük Britaniyanın Hökumət Rabitə Mərkəzi kibermühafizə və məlumatların təhlükəsizliyinin təmini sahəsində mütəxəssislər hazırlamağa icazə verən altı universitetə akkreditasiya verib.
 
“ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, akkreditə olunmuş təhsil müəssisələri siyahısında Oksford, Lankaster, London və Edinburq universitetləri yer alıblar.
 
Həmçinin, Krenfildsk Universitetinə ilkin akkreditasiya verilib. Orada informasiya təhlükəsizliyi və kibermühafizə üzrə kursların keçirilməsinə icazə verilib.
 
Emil Hüseynov




04/08/14    Çap et