Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil əməliyyat sistemi üçün 30 mindən çox proqram hazırlanıb


“Microsoft” şirkəti “Windows Phone” mobil əməliyyat sistemi üçün hazırlanan proqramların sayının 30 mini ötdüyünü bildirib.

Analitiklər qeyd ediblər ki, cari ilin mart ayı ilə müqayisədə əhəmiyyətli sıçrayış qeydə alınıb. Həmin vaxt “Windows Phone” üçün təxminən 11,5 min proqram təqdim edilmişdi.

Lakin “Microsoft” şirkətinin mobil əməliyyat sistemi bazarda lider mövqeyini qoruyub saxlayan “iOS” və “Android”dən geri qalır. Qeyd edək ki, analoji dövrdə “iOS” üçün təxminən 425 min, “Android” üçün isə 250 mindən çox proqram hazırlanıb.




24/08/11    Çap et