Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti qabaqcıl smartfonunun növbəti variantını nümayiş etdirib


“LG” şirkəti qabaqcıl smartfonunun növbəti variantını (G3 A) nümayiş etdirib.
 
Smartfon Full HD (1080p) təsvir ölçüsü və IPS matrisli 5,2 düymlük ekran, 2.6 QHs takt tezlikli dördnüvəli “Snapdragon 800” çipi, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Aparatda optik sabitləşmə sisteminə malik 13 meqapiksellik kamera quraşdırılıb. microSD kart dəstəyi və LTE-A şəbəkəsinə qoşulma reallaşdırılıb.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, aparat yeni “Android 4.4” (KitKat) platforması ilə işləyir. Çıxarılan akkumulyatorun tutumu 2610 milliamper/saat təşkil edir. “G3 A” smartfonunun ölçüləri 141x71,6x9,8 mm, çəkisi isə 146,8 qramdır.
 
Aparat yalnız Cənubi Koreyada satılacaq. “G3 A” smartfonunun qiyməti hələ bilinmir.
 
Emil Hüseynov
 
 
 




08/08/14    Çap et