Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“My video” Azərbaycan resursunun mobil əlavəsi hazırlanır


Azərbaycan Kabel Operatorları Assosiasiyası hazırda “My video” layihəsi çərçivəsində yerli televiziya kanallarının mobil əlavələrini hazırlayır.

Assosiasiyanın icraçı direktoru Əli Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “My video” resursu vasitəsi ilə bütün televiziya kanalarının yayımı internet üzərindən təşkil edilib və yaxın zamanda bu resursun mobil əlavəsi istifadəçilərə təqdim ediləcək.

“Artıq biz “My video”nun “Android” üçün nəzərdə tutulmuş mobil əlavəsinin beta versiyasını “Play Market”də təqdim etmişik. Yaxın 1-2 ay ərzində “iOS” üçün beşədək yerli kanalın yayımını təmin edən “My video”  mobil əlavəsi tam istifadəyə veriləcək”, deyə o bildirib.

Aynur Vəliyeva
 




12/08/14    Çap et