Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Microsoft" sentyabrda "Windows 9" platformasının ilkin versiyasını buraxmaq niyyətindədir


"Microsoft" şirkəti sentyabrın sonunda və ya oktyabrın əvvəlində "Threshold" kod adlı "Windows 9" əməliyyat sisteminin ilkin versiyasının nümayişinə hazırlaşır. Bu haqda "ZDNet" nəşri yazıb.
 

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki,  "Threshold" "Windows"un növbəti ən böyük yeniləməsidir, 2015-ci ilin yazında "Windows 9" adı ilə çıxarılacaq. Ekspertlərin proqnozuna görə, həm sensor ekran, həm də klaviatura və mausdan istifadə edən kompüterlərdə platformadan istifadəni sadələşdirən bir sıra yeni funksiyalar tətbiq olunacaq.
 
Mənbələrin məlumatına görə, "Threshold"un ilkin versiyası hər kəs üçün əlçatan olacaq. İlkin versiyanı quraşdırmış istifadəçilər platformanın avtomatik aylıq yeniləmələrinə razılaşmış olur.
 
Emil Hüseynov




16/08/14    Çap et