Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony”dən sukeçirməz smartfon


“Sony” şirkətinin mobil bölməsi “Xperia M2” smartfonunun sukeçirməz versiyasını elan edib. Yeni aparat “Xperia M2 Aqua” adlanır.
 
Sukeçirməzlik qabiliyyətinə görə aparat ABŞ Müdafiə Nazirliyinin “IPS65/68” standartlarına cavab verir. Belə ki,  aparat 30 dəqiqə 1,5 metr dərinliyində suda qala bilər.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “M2 Aqua” aparatı 1.2 QHs takt tezlikli “Qualcomm Snapdragon 400” prosessoru ilə işləyir.  Smartfon “LTE” dəstəyi, 8 meqapiksellik kamera, həmçinin 2300 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
 
 Smartfonun satışına payızda başlanılacağı gözlənilir.
 
Emil Hüseynov




20/08/14    Çap et