Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda statistik məlumatların müasir texnologiyalar vasitəsi ilə saxlanılması, emalı və yayılması ilə bağlı təlim kursu keçirilib


Azərbaycan Dövlət Statistika Komitəsində “Məlumatların yayımlanması və məlumatların
saxlanılması” mövzusunda təlim kursu keçirilib.
 
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, təlim 2014-cü ilin illik iş planına uyğun olaraq İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat Mərkəzi (SESRİC) tərəfindən Statistik potensial imkanlar proqramı (StatCaB) çərçivəsində təşkil olunub.
 
 
 “Məlumatların yayımlanması və məlumatların saxlanılması”na dair təlim kursunda “Məlumat bazasının dizaynı”, “SQL əsas prinsiplər”, “Məlumat “anbarı” konsepsiyası”, “ETL prosesləri, məlumatların əldə edilməsi”, “TURKSTAT-da məlumatların işlənməsi və məlumatların saxlanması”, “Mərkəzi Yayım Sistemi” (MEDAS) mövzularında müzakirələr aparılıb.
 
 
Aynur Vəliyeva




20/08/14    Çap et