Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması ilə nə qədər qurğu işləyir?


“Android” platformasının fraqmentasiyası, yəni sözügedən mobil əməliyyat sisteminin quraşdırıldığı cihazların müxtəlifliyi yeni rekorda imza atıb. “OpenSignal” şirkətinin analitik hesabatına əsasən, “yaşıl robot” 18796 müxtəlif cihaz modelinə quraşdırılıb.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ötən ilin avqustunda bu göstərici 11868 qurğu təşkil edib, yəni bir ildə çeşid təxminən 7000 adda artıb.
 
Əgər qurğunun brendlər üzrə bölgüsünə nəzər salsaq, o zaman nəticə çətin kimisə təəccübləndirsin: qurğuların 43%-i Koreyanın “Samsung” şirkətinə məxsusdur. İkinci yerdə “LG” şirkəti qərarlaşıb, sonrakı yerlərdə “Sony”, “Motorola”, “Huawei” və başqa istehsalçılar yerləşib.
 
Cihazların yalnız 20.9%-i “Android” platformasının yeni “KitKat 4.4” versiyası ilə işləyir. Eyni zamanda, qurğuların 86%-də əməliyyat sisteminin köhnə versiyalarından istifadə edilir.
 
Emil Hüseynov
 
 
 




22/08/14    Çap et