Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” şirkəti “Liquid X1 LTE” smartfonunu nümayiş etdirib


"Acer" səkkiznüvəli prosessor, "Acer Zoom Fit" dəstəkli 13 meqapiksellik kamera ilə təchiz edilmiş "Liquid X1 LTE" smartfonunu nümayiş etdirib.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkət nümayəndələri deyiblər ki, ilkin mərhələdə smartfon yalnız Tayvan bazarında, amma sentyabrdan 25 ölkədə satılacaq. Şirkətin bəyanatına əsasən, hazırda dünyanın mobil operatorları ilə danışıqlar aparılır.

"Acer" şirkətinin baş direktoru Ceyson Çen deyir ki, şirkət bu yaxınlarda smartfonun Tayland, Belçika və Filippin bazarlarında tanıtımına başlayacaq.
 
Emil Hüseynov
 




23/08/14    Çap et