Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvebekin internetdə öz domen adı olacaq


Kanadanın Kvebek şəhəri internetdə öz domen adına malik olacaq. Bu barədə “Le Figaro” nəşri məlumat verib.
 
Bundan sonra əvvəllər mövcud olan və Kvebekin Kanada əyaləti olmasını bildirən “.qc.ca” domen adı əvəzinə “.quebec” adından istifadə olunacaq. Domenin rəsmən cari ilin noyabrın 13-də istifadəyə verilməsi nəzərdə tutulsa da, artıq sentyabrın 2-dən etibarən sayt sahibləri yeni domen zonasında ünvanı qeydiyyatdan keçirə biləcəklər.
 
“Kvebekin nəhayət ki, internetdə öz adı olacaq. Yeni şəkilçilər tətbiq etmədən artmaqda olan internet ünvanları üçün yer kifayət etmir. Hazırda 271 milyondan çox internet ünvanı mövcuddur ki, bunun da 113 milyonu “.com” zonasındadır. Şirkətlər əlverişli qiymətə münasib ad tapmaqda çətinliklərlə üzləşir”, - domeni idarə edəcək "PointQuébec” qeyri-kommersiya təşkilatının vitse-prezidenti Norman Forte deyib.
 
2013-cü ildə “Internet Corporation for Assigned Names and Numbers – ICANN” (internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) 76 yeni coğrafi domen adının, o cümlədən “.nyc” (Nyu-York), “.vegas” (Las-Veqas), “.aquitaine” (Fransanın cənub-qərbində yerləşən Akvitaniya regionu), “".africa” (Afrika), “.berlin” domenlərinin yaradılmasını təsdiq edib. Kvebekin Kanadaya birləşdirilməsi əyaləti qısa “.qc” şəkilçisindən məhrum edir. “PointQuébec” nümayəndələrinin sözlərinə görə, yalnız müstəqilliyi tanınan ölkələr iki hərfdən ibarət domen üçün hüquqa malikdir.
 
1980-1995-ci illərdə əyalətin müstəqilliyi haqqında referendum keçirilib. Lakin Kvebekin Kanadadan ayrılması barədə qərarın qəbul edilməsi üçün kifayət qədər səs toplanmayıb, - “RİA Novosti www.ria.ru” yazır.




25/08/14    Çap et