Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

24 düymlük nəhəng planşet


“Fuhu” şirkəti artıq uzun müddətdir uşaqlar üçün nəzərdə tutulmuş “Android”in xüsusi versiyası ilə işləyən planşetlər satır. Amma əvvəllər istehsalçı 10 düymlük qurğular buraxıb. Hazırda şirkət “Android” nəhəng üzərində işləyib.
 
24 düymlük planşet ölçülərinə görə masaüstü kompüterə oxşayır. Ekranın təsvir ölçüsü 1920 x 1080 nöqtə təşkil edir. Planşetin çəkisi təxminən 6 kq-dır və “NVIDIA Tegra 4” çipi, 2 QB əməli yaddaş və 16 QB daxili daşıyıcı ilə təchiz edilib. “Android 4.4” əməliyyat sistemi quraşdırılıb.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yeni cihaza öncədən xeyli sayda təhsil proqram təminatı quraşdırılıb. “Google Play” onlayn mağazasından istifadə mümkündür. Həmçinin “Nabi App Store” mağazasının tətbiqi öncədən quraşdırılıb, bu mağazada əlavə uşaq proqramları dəsti var.
 
Qurğunun akkumulyatorunun tutumu 1600 milliamper/saatdır ki, bu da yarım saatlıq avtonom iş üçün kifayət edir. Planşetin stasionar rejimdə istifadə olunacağı gözlənilir.
 
Qurğu payızın əvvəlində satışa çıxarılacaq, qiyməti 550 dollar təşkil edəcək.
 
Emil Hüseynov




25/08/14    Çap et