Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Linux" əməliyyat sistemi yaradılıb


1991-ci il avqustun 25-də finlandiyalı tələbə Linus Torvalds poçt konfransında "Minix" layihəsi ilə maraqlanan entuziastlər qrupuna gələcəkdə "Linux"un prototipi olacaq əməliyyat sistemi nüvəsinin yaradılması haqqında məlumat verib. Tələbə böyük uğura ümid etməsə də, "Linux" ƏS-nin birinci versiyası artıq 1991-ci ilin sentyabrında işıq üzü görüb.
 
2009-cu ildə "Linux" ƏS nüvəsinin qiyməti 1,6 milyard dollar həcmində qiymətləndirilib. ƏS-i "ağıllı" telefon, server bazarında liderdir. Layihənin inkişafında "IBM", "Sun", "Hewlett-Packard" daxil olmaqla, böyük korporasiyalar iştirak edir.
 
Emil Hüseynov




25/08/14    Çap et