Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” ucuz “Honor 3C Play” smartfonunu nümayiş etdirib


Çinin “Huawei” şirkəti ucuz “Honor 3C Play” smartfonunu nümayiş etdirib. Aparat HD formatlı 5 düymlük ekran, 1.3 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6582” çipi, 1 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib, həmçinin “microSD” üçün slot var.





“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Honor 3C Play” smartfonu, həmçinin 8 meqapiksellik əsas kamera və 2 meqapiksellik ön fotomodulla təchiz edilib. Smartfonda iki SIM kart dəstəyi var. Qurğu “Android 4.2 Jelly Bean” platforması ilə işləyir.

Çində smartfon təxminən 97 dollara satılacaq, beynəlxalq bazar üçün nəzərdə tutulmuş modelin qiyməti 130 avro təşkil edəcək.

Emil Hüseynov
 




27/08/14    Çap et