Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyənin dövlət qulluqçularına Azərbaycanda “Elektron hökumət” portalı üzərindən əmək müqavilələrinin qeydiyyatı izah olunub


Türkiyə və Azərbaycanın dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin dövlət qulluqçularından ibarət nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) olublar.
 
Nazirlikdən bildirilib ki, Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları Fatih Uysal və İmran Sarmış təqdimatlarla çıxış edərək çalışdıqları nazirliyin strukturu və əsas fəaliyyət istiqamətləri,  sosial cəhətdən həssas əhali təbəqələri ilə bağlı həyata keçirdiyi proqram və layihələr,  aktiv məşğulluq tədbirləri və s. barədə ətraflı məlumatlar veriblər.
 
Eyni zamanda ƏƏSMN-in struktur bölmələrində olan qonaqlara Azərbaycan təcrübəsi, həmçinin nazirlik tərəfindən icra olunan yeni sosial layihələr, həyata keçirilən islahat tədbirləri, o cümlədən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin formalaşdırılması haqda ətraflı məlumat verilib, Əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınmasının mahiyyəti izah edilib.
 
 
Qeyd edək ki, görüş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən keçirilib.
 
 
Həqiqət İSABALAYEVA




27/08/14    Çap et