Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kompüter parkını yeniləyir



Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kompüter parkının yenilənməsi ilə bağlı tender elan edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tender Fondun Aparatı üçün kompüter və elektron avadanlıqlarının satın alınmasını nəzərdə tutur. 
 
Tenderdə iştirak haqqı 300 manat təşkil edir. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) sentyabrın 18-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə sentyabrın 26-dək Dövlət Sosial Müdafiə Fondu, Bakı şəhəri, H.Zərdabi pr. 80 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə sentyabrın 29-da Dövlət Sosial Müdafiə Fondunun Aparatında açılacaq.
 
Aynur Vəliyeva
 




29/08/14    Çap et