Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın qurumları texnoloji biznes layihələrinin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər


AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə AMEA Polimer Materialları İnstitutu arasında elmi-texniki, texnoloji biznes layihələrinin hazırlanması və reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Müzakirələr  EİM-də keçirilən görüşdə baş tutub.
 
AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Orxan Məmmədovun sözlərinə görə, AMEA Polimer Materialları İnstitutunun direktoru, akademik Akif Əzizov və qurumun bir qrup əməkdaşı AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində olub, mərkəzin rəhbərliyi və əməkdaşları ilə danışıqlar aparıblar.
 
Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qonaqlara mərkəzin fəaliyyəti, görülən işlərlə bağlı ətraflı məlumat verib.
 
 İki qurum arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
 
 
Həqiqət İSABALAYEVA
 




01/09/14    Çap et