Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın fanatları artıq indidən növbəyə dayanıblar


"Re/code" texnologiya bloqu yazır ki, "Apple"ın ən sadiq fanatları "iPhone 6" smartfonunu satın almaq üçün Nyu-Yorkda yerləşən "Apple Store"  mağazasının qarşısında indidən növbəyə dayanıblar.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti sentyabrın 9-da tədbir keçirəcək. Yeni nəsil "iPhone" smartfonunun təqdim ediləcəyi gözlənilir. Təqdimatda "iPhone" smartfonun iki versiyasının (4,7 və 5,5 düym diaqonallı ekran) nümayiş etdiriləcəyi gözlənilir.
 
KİV-in məlumatına görə, smartfonlar 19 sentyabrdan tez satışa çıxarılmayacaq. Amma brendin pərəstişkarları artıq Nyu-Yorkda yerləşən "Apple Store" mağazasının qarşısında növbəyə dayanıblar.
 
"Apple"ın yeni həlləri ilə bağlı günlərlə növbə çəkmək brend pərəstişkarları arasında ənənə halını alıb. Bəziləri bu işdən pul qazanır. Belə ki, təqdimata az qalmış növbədəki yerini satırlar.
 
Emil Hüseynov
 




04/09/14    Çap et