Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur dizayner MarkNyuson “Apple”da işləyəcək


“Apple” şirkəti dizaynerlər komandasına yeni işçi götürüb. Belə ki, əfsanəvi sənaye dizayneri Mark Nyuson artıq ABŞ  korporasiyasında işləyəcək.
 
Məlumata görə, MarkNyuson dizayn üzrə baş vitse-prezident vəzifəsində işləyəcək və “Apple”ın sənaye dizaynı bölməsinə rəhbərlik edən ConatanAyva tabe olacaq. Ayv və Nyuson uzun müddətdir tanışdırlar və bir neçə dəfə birgə işləyiblər.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, MarkNyusondünyanın ən tanınmış sənaye dizaynerlərindənbiridir. Nyuson tamamilə müxtəlif sahələrdə (aviasiya sənayesindən tutmuş, mebel və istehlak malları dizaynınadək) işləyir. O, 2005-ci ildə “TIME” jurnalının versiyasına görə, ilin 100 ən nüfuzlu insanı siyahısına salınıb.
 
Nyusonunstilibiomorfizm kimi xarakterizə olunur, iti künclərin yoxluğu, yüksək erqonomiklik, yarımşəffaflıq, yüksəktexnologiyalı materiallardan istifadə onun üçün tipikdir.
 
İxtisaslaşdırılmış nəşrlər dəfələrlə Nyusonu ilin dizayneri elan ediblər, Böyük Britaniyada isə onu, hətta kral dizayneri təyin ediblər. Nyusonun işləri dünyanın böyük muzeylərini bəzəyir.
 
Nyusonun “Apple”a keçidini“iWatch” smart saatlarının gözlənilən təqdimatı ilə əlaqələndirirlər.
 
Emil Hüseynov
 

 
 




08/09/14    Çap et