Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Mərkəzi “iCloud” xidmətindən və “Apple” qurğularından təhlükəsiz istifadə qaydalarını təqdim edib


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi  “iCloud” xidmətindən təhlükəsiz istifadə qaydalarını təqdim edib.
 
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, qurğuda “iCloud” xidmətini deaktiv etdikdə həmin qurğuda “iCloud” məlumatlar artıq istifadə edilə bilməz. Hər hansı bir qurğuda “iCloud” e-poçt, kontaktlar, təqvim, qeydlər və s. xidmətləri deaktiv etdikdə bu bölmələrdəki məlumatlara “iCloud.com” saytından yenidən daxil olmaq olar. Bəzi hallarda “iCloud” xidmətini deaktiv etdiyiniz qurğularda məlumatları həmin qurğuda saxlamaqda davam etməyi seçə bilərsiniz. Həmçinin “iCloud” xidmətini deaktiv etməmişdən əvvəl məlumatların bir surətini kompüterin yaddaşında saxlamaq olar.
 
Belə ki, “iOS” qurğusunda “Home Screen > Settings > iCloud”a daxil olaraq deaktiv ediləcək “iCloud” xidmətini seçmək lazımdır. 
 
“iCloud” xidmətini tamamilə deaktiv etmək üçün “iOS” qurğusunda “Home screen > Settings > iCloud”a daxil olaraq ekranın aşağısında olan “Delete Account” (Hesabı Sil) əmrini seçmək lazımdır. Əgər “iCloud” hesabı silinsə,  “iCloud” artıq “iOS” məlumatların nüsxəsini çıxartmayacaq.
 
“Apple”-ın rəsmi saytında  istənilən əməliyyat sistemləri ilə çalışan qurğulardakı hesabların təhlükəsizliyinin təmin olunması üçün mürəkkəb şifrlərdən istifadə etmək, eyni şifrləri digər hesablarda istifadə etməmək, şifrləri  müntəzəm olaraq dəyişmək və köhnə şifrləri təkrar istifadə etməmək, şifrlərinizi heç kimlə paylaşmamaq, şifr və digər gizli hesab məlumatlarını e-poçt vasitəsi ilə göndərməmək, təhlükəsizlik suallarına digər şəxslərin asanlıqla başa düşməyəcəyi cavablar vermək, şübhəli e-poçtlardan gələn linkləri açmamaq və qanuni olduğundan əmin olmadıqda veb saytlara şəxsi məlumatları daxil etməmək  və s. tövsiyə edilir.
 
Aynur Vəliyeva
 




09/09/14    Çap et