Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın 10 TB tutumunda ilk sərt diski


"Western Digital"ın bölməsi, peşəkar sərt disk və sərtgövdəli daşıyıcıların aparıcı istehsalçılarından biri "HGST" şirkəti dünyanın 10 TB tutumunda ilk sərt diskini nümayiş etdirib.

Standart formalı vinçesterdə rekord tutuma nail olmaq üçün şirkət bir sıra qeyri-adi texnologiyalar tətbiq edib. Yeni sərt disk aşağı enerji sərfiyyatı səviyyəsi ilə fərqlənir.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, "HGST" nümayəndələri bildirib ki, 10 TB-lıq model "bulud" və arxiv xidmətləri üçün nəzərdə tutulub.
Yeni sərt disklərin kommersiya tədarükünə 2015-ci ilin əvvəlində başlanacaq.

Xatırladaq ki, avqustun sonunda "Seagate" şirkəti 8 TB-lıq sərt disklərin tədarükünə başlayıb.

Emil Hüseynov
 

 




11/09/14    Çap et