Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Softline” təlim mərkəzi “Oracle” kurslarını təşkil edir


“Softline” təlim mərkəzi “Oracle” şirkətinin “12cSQL Oracle Database 12c: Introduction to SQL” mövzusunda kurslarını təşkil edir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu kurs SQL baza biliklərini əldə etməyə, cədvəl məlumatlarını modifikasiya etməyə və məlumat bazaları obyektlərini yaratmağa, sxemin mövcud olan obyektlərini dəyişməyə, indekslər və məhdudiyyətlər tətbiq etməyə, ROLLUP, CUBE mürəkkəb texnologiyaları istifadə edərək məlumatları seçməyə imkan verir.

 Kursun əsas məqsədi — məlumat bazaları administratorlarına “Oracle” məlumat bazalarının yaradılması və dəstəklənməsi üzrə bilik və bacarıqlar verməkdir.
 
Aynur Vəliyeva




11/09/14    Çap et