Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu İT təchizatını təkmilləşdirir


Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) İnformasiya Texnologiyaları İnstitutu İT təchizatının təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür.   
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, kompüter avadanlıqları üçün ehtiyat hissələrinin alınması, mini-ATS sisteminin quraşdırılması işinın yerinə yetirilməsi, kompüter avadanlıqları üçün lisenziyalı proqram təminatlarının alınması üzrə  təkliflər sorğusu elan edib.
 
Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 17-dək qəbul olunur. Maraqlanan təşkilatlar 537-08-46 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 
Aynur Vəliyeva
 




11/09/14    Çap et