Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəhəng texnoloji şirkətlər ABŞ hökumətini elektron poçt yazışmalarını qorumağa çağırır


"Google", "Microsoft" və "Yahoo!" və digər nəhəng texnoloji şirkətlər ABŞ Konqresi üzvlərini fərdi elektron poçt yazışmasının yeni mühafizə standartlarına zəmanət verən qanun qəbul etməyə çağırıb. Bu barədə "The Hill" nəşri məlumat verib.   
 
Konqresə müraciət edən 70 təşkilat nümayəndəsinin fikrincə, "Elektron poçtun məxfiliyi haqqında" qanunun qəbul edilməsi ABŞ şirkətlərinə innovasiya tətbiq etməyə və dünya bazarında rəqabət aparmağa kömək edəcək.
 
"Saytlarda saxlanılan məlumatlara dövlət çıxışı standartları ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması ABŞ-dan kənardakı istifadəçiləri və şirkətləri xidmətlərimizdən istifadəyə stimullaşdıracaq", - ABŞ-ın nəhəng internet şirkətlərinin nümayəndələri bəyan edib, - "RİA-Novosti" yazır.
 
 




12/09/14    Çap et