Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Viber” messencerində videozənglər əlçatan olacaq


"Android" və "iOS" platformaları üçün "Viber" messencerinin beşinci versiyasının relizi olub. Hazırda populyar messencerdə mobil qurğular üçün videozəng dəstəyi reallaşdırılıb.

Tərtibatçılar bildirib ki, videosiqnalın qəbulu və ötürülməsi üçün hətta zəif internet-qoşulma kifayətdir, amma bu halda keyfiyyətli təsvir gözləmək lazım deyil.
 
"Videozəng funksiyası həm kompüter, həm də mobil qurğularda əlçatan olub" –"Viber"in baş direktoru Talmon Marko deyib.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, proqramın yeni versiyasında interfeys və kontaktların idarəsi sistemi dəyişib. "Android" və kompüter istifadəçiləri təkmilləşdirilmiş dizaynı görəcəklər.
 
Emil Hüseynov
 
 




12/09/14    Çap et