Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda mobil əlavə üzərindən taksi çağırışı xidməti istifadəyə verilib


Azərbaycanda yaradılmış “aTaksi” servisinin tərtibatçıları “Facebook”dakı səhifələrində yeni mobil əlavənin necə işlədiyini nümayiş ediblər.

Taksi çağırmaq üçün abunəçinin xəritədə GPS ilə avtomatik müəyyən edilən yerləşdiyi yeri təsdiqləmək yetərlidir. Həmçinin öncədən taksinin gedəcəyi yerədək ödənişin müəyyən edilməsi və kart üzərində ödənişin edilməsi mümkündür. Taksi çağırıldıqdan sonra istifadəçi avtomobilin markasını, sürücü haqda məlumat ala, onun şəklinə baxa, hərəkət etdiyi marşrutu izləyə bilər.
 
“Android” üçün nəzərdə tutulmuş “aTaksi” servisini https://play.google.com/store/apps/details?id=com.rintek.taxibu internet ünvanından yükləmək olar.
 
Hazırda əlavənin “iOS” versiyasının hazırlanması istiqamətində işlər aparılır.
 
Aynur Vəliyeva
 




12/09/14    Çap et