Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Lift Labs” smart-qaşıq istehsalçısını satın alıb


"Google" şirkəti Parkinson xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulmuş smart-qaşıq istehsal edən "Lift Labs" startapını satın alıb. Bu haqda "Lift Labs"ın mətbuat xidməti yazıb.

"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, "Lift Labs" Parkinson xəstəliyindən əziyyət çəkənlərin həyat şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş smart-qaşığın istehsalçısıdır. Bu xəstəliyin əlamətlərindən biri əllərin titrəməsidir. Qaşığın qulpu sensorlarla təchiz olunub, yuxarı hissəsi hərəkətlidir və sensorun göstəricilərinə uyğun olaraq vəziyyətini dəyişdirir.

İndi "Lift Labs" startapı "Google X" məxfi laboratoriyasının bir hissəsi olacaq, onun əməkdaşları yeni şirkətdə işinə davam edəcəklər.


Emil Hüseynov




12/09/14    Çap et